1. Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət büdcəsi və sənədlərin sifarişçisinin vəsaiti hesabına həyata keçirilir.
2. Bu Qanunun 54-cü maddəsi ilə müəyyən edilən dövlət ekoloji ekspertizası obyektləri üzrə layihələrin həyata keçirilməsinə və maliyyələşdirilməsinə yalnız ekoloji ekspertiza rəyi olduqda yol verilir.