Qanunvericilik › Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 58

Maddə 58. İctimai ekoloji ekspertizaya dair tələblər

Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. İctimai ekoloji ekspertiza dövlət ekoloji ekspertizasının həyata keçirilməsindən asılı olmayaraq, ictimai ekoloji ekspertizanın təşkilatçılarının təşəbbüsü ilə təşkil olunur və həyata keçirilir.

2. İctimai ekoloji ekspertizanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

3. İctimai ekoloji ekspertiza dövlət ekoloji ekspertizasından əvvəl və ya onunla eyni vaxta keçirilir.

4. İctimai ekoloji ekspertizanın təşkilatçıları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) və bələdiyyəni ictimai ekoloji ekspertizanın keçirilməsinə 5 (beş) gün qalmış bu barədə yazılı məlumatlandırmalıdır.

5. Ekoloji ekspertiza obyektləri “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə ictimai ekoloji ekspertizanın keçirilməsinə yol verilmir və bu barədə ictimai ekoloji ekspertizanın təşkilatçılarına məlumat verilir.

6. İctimai ekoloji ekspertiza rəyi tövsiyə xarakteri daşıyır.

7. İctimai ekoloji ekspertiza rəyi onun təşkilatçıları tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), bələdiyyəyə, planlaşdırıcı orqana və sifarişçiyə təqdim edilir, habelə media ilə ictimaiyyətə çatdırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver