Qanunvericilik › Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 75

Maddə 75. Ekoloji audit

Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Ekoloji audit - təbii resursların istifadəsi və bərpası üzrə hesabatların düzgün tərtib edilməsi də daxil olmaqla, təbiətdən istifadəçi tərəfindən ekoloji tələblərin, ətraf mühitin mühafizəsi normalarının və qaydalarının gözlənilməsi məqsədilə onların təsərrüfat və digər fəaliyyətinin müstəqil yoxlanılmasıdır.

2. Ekoloji audit təbiətdən istifadəçi ilə ekoloji auditor arasında bağlanmış müqaviləyə əsasən aparılır. Qanunvericiliklə müəyyən edilmiş hallarda ekoloji audit məcburidir.

3. Ekoloji auditor məsləhəti - ekoloji auditorun ətraf mühitin mühafizəsi və onun keyfiyyətinin yaxşılaşdırılması, təbii resursların səmərəli və qənaətlə istifadəsi, bərpası, təbiətdən istifadəçi tərəfindən ekoloji tələblərə, ətraf mühitin mühafizəsi normalarına və qaydalarına riayət edilməsi üzrə məsləhətlərin verilməsidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver