1. Ekoloji auditor - “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq alınmış akkreditasiya attestatına əsasən ekoloji auditor fəaliyyəti göstərmək hüququna malik olan hüquqi və ya fiziki şəxslərdir.
2. Ekoloji auditor fəaliyyəti göstərmək hüququ verən akkreditasiya attestatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
3. Xarici auditorlar və auditor təşkilatları ekoloji auditin aparılmasına və məsləhətlərin verilməsinə cəlb edilə bilər.