Qanunvericilik › Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Təbiətdən istifadəçilər

Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Təbiətdən istifadəçilər hüquqi və fiziki şəxslər (xarici istifadəçilər də daxil olmaqla), dövlət, qeyri-dövlət təşkilatları, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilər ola bilərlər:

xarici istifadəçilər - xarici hüquqi və fiziki şəxslər, beynəlxalq birliklər və təşkilatlar;

daimi istifadəçilər - təbiətdən istifadə hüququ müddətsiz verilən istifadəçilər;

müvəqqəti istifadəçilər - təbiətdən istifadə hüququ müəyyən edən müddətə verilən istifadəçilər;

ilkin istifadəçilər - təbiətdən istifadə hüququnu dövlətdən birbaşa alan istifadəçilər;

təkrar istifadəçilər - təbiətdən ilkin istifadəçidən müqavilə əsasında hüquq alan istifadəçilərdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver