1. Azərbaycan Respublikasında təbii resurslar ümumi və fərdi istifadədə ola bilər.
2. Təbiətdən ümumi istifadə əhalinin həyatının zəruri tələbatının ödənilməsi üçün vətəndaşlara və təşkilatlara təbii resursların ödənişsiz istifadə etmək şərti ilə həyata keçirilir. Qanunvericilikdə nəzərdə tutulduğu hallarda, təbiətdən istifadəyə məhdudiyyətlər qoyulmasına yol verilir.
3. Təbiətdən fərdi istifadə zamanı təbii resurslar istifadəçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Təbiətdən fərdi istifadə daimi və ya müvəqqəti, ödənişli və ya əvəzsiz, ilkin və ya təkrar ola bilər.
4. Təbiətdən fərdi istifadə və ya təbiətdən məhdud istifadə (servitutlar) hüquqlarının yaranması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.