11.1. Feldyeger rabitəsinin maliyyə təminatı Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçirilir.
11.2. Müqavilə əsasında feldyeger rabitəsi orqanı tərəfindən yerinə yetirilən xidmətə görə əldə edilən vəsaitlər dövlət büdcəsinə keçirilir.
11.3. Feldyeger rabitəsi orqanı tərəfindən göstərilən xidmətlərin tariflərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
11.4. Feldyeger rabitəsinin maddi-texniki təminatı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
11.5. Feldyeger rabitəsi orqanı müəyyənləşdirilmiş normalar əsasında hərbi geyim forması, xidməti silah, xüsusi vasitələr, texnika, təchiz olunmuş binalar və nəqliyyat ilə təmin olunmalıdır.
11.7. Feldyeger rabitəsi orqanının struktur bölmələrinin və əməkdaşlarının bu qanunun 2-ci maddəsində göstərilmiş dövlət orqanlarının bina və otaqlarında yerləşdirilməsi zamanı bu orqanların feldyeger rabitəsinə olan ehtiyaclarının təmin olunması üçün tələb olunan nəqliyyat və rabitə vasitələrinin ayrılması həmin orqanların vəsaiti hesabına həyata keçirilir.