Qanunvericilik › Feldyeger rabitəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Feldyeger rabitəsi orqanının texniki vasitələri

Feldyeger rabitəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Korrespondensiyaların və digər göndərişlərin təhlükəsizliyini və operativ surətdə çatdırılmasını təmin etmək üçün feldyeger rabitəsi orqanı öz səlahiyyətləri daxilində xüsusi texniki mühafizə və rabitə vasitələrindən istifadə edir.

12.2. Feldyeger rabitəsi orqanı tərəfindən istifadə olunan texniki mühafizə və rabitə vasitələri, onların tətbiqi üsulları insanların həyat və sağlamlığı üçün təhlükə törətməməli, ətraf mühitə zərər yetirməməlidir.

12.3. Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver