20.1. Fövqəladə hallar orqanlarının əməkdaşları üçün aşağıdakı xüsusi rütbələr müəyyən edilir:
20.1.1. Sıravi heyət vəzifələri üçün xüsusi rütbə:
- daxili xidmət sıravisi; tibb xidməti sıravisi;
20.1.2. kiçik rəis heyəti vəzifələri üçün xüsusi rütbələr:
- daxili xidmət kiçik çavuşu; tibb xidməti kiçik çavuşu;
- daxili xidmət çavuşu; tibb xidməti çavuşu;
- daxili xidmət baş çavuşu; tibb xidməti baş çavuşu;
- daxili xidmət kiçik giziri; tibb xidməti kiçik giziri;
- daxili xidmət giziri; tibb xidməti giziri;
- daxili xidmət baş giziri; tibb xidməti baş giziri;
20.1.3. orta rəis heyəti vəzifələri üçün xüsusi rütbələr:
- daxili xidmət kiçik leytenantı; tibb xidməti kiçik leytenantı;
- daxili xidmət leytenantı; tibb xidməti leytenantı;
- daxili xidmət baş leytenantı; tibb xidməti baş leytenantı;
- daxili xidmət kapitanı; tibb xidməti kapitanı;
20.1.4. böyük rəis heyəti vəzifələri üçün xüsusi rütbələr:
- daxili xidmət mayoru; tibb xidməti mayoru;
- daxili xidmət polkovnik-leytenantı; tibb xidməti polkovnik-leytenantı;
- daxili xidmət polkovniki; tibb xidməti polkovniki;
20.1.5. ali rəis heyəti vəzifələri üçün xüsusi rütbələr:
- daxili xidmət general-mayoru; tibb xidməti general-mayoru;
- daxili xidmət general-leytenantı; tibb xidməti general-leytenantı.