19.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən fövqəladə hallar orqanlarına xidmətə qəbul edilmiş şəxslərin xidmət illəri fövqəladə hallar orqanlarında xidmət illərinə daxil edilir və daşıdıqları hərbi rütbələr nəzərə alınır.
19.2. Fövqəladə hallar orqanlarının əməkdaşı xidmətkeçmə ilə bağlı qərarla razı olmadıqda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq yuxarı orqana və (və ya) məhkəməyə şikayət edə bilər.
19.3. Yuxarı orqan qanunla müəyyən olunmuş qaydada və müddətdə şikayətə baxmalı və qəbul olunmuş qərar haqqında əməkdaşa yazılı məlumat verməlidir.
19.4. Bu Qanunun 19.5-ci maddəsinə əsasən intizam tənbehinin tətbiq edilməsinə dair qərarın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, verilmiş şikayət intizam tənbehinin tətbiq edilməsinə dair qərarın icrasını dayandırmır.
19.5. Şikayət verildiyi hallarda, barəsində şikayət olunan intizam tənbehinin tətbiq edilməsinə dair qərarın icrasının dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.