Qanunvericilik › Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Fövqəladə hallar orqanları əməkdaşlarının hüquqi müdafiəsi

Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla, fövqəladə hallar orqanlarından xaric edilə və onun xidmət keçməsinə xitam verilə bilməz. Qanunvericiliklə səlahiyyət verilmiş şəxslərdən başqa, digər şəxslərin fövqəladə hallar orqanları əməkdaşının qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir.

22.2. Fövqəladə hallar orqanlarının əməkdaşları və onların ailə üzvləri barədə məlumatların məxfiliyinin qorunması üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə rabitə sorğu xidmətinə və ya digər məlumat-sorğu xidmətlərinə bu şəxslərin telefon nömrələri, yaşayış yeri barəsində və ya hər hansı digər məlumatların verilməsi müvəqqəti və ya daimi olaraq qadağan edilə bilər.

22.3. Fövqəladə hallar orqanlarının əməkdaşlarının xidmət keçməsi haqqında məlumatlar yalnız həmin əməkdaşın xidmət keçdiyi fövqəladə hallar orqanının rəhbərinin icazəsi ilə verilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver