10.1. Dövlət gənclər təşkilatlarının formalaşmasına və inkişafına şərait yaradır.
10.2. Gənclər təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun hazırlanmış proqramlar (layihələr) müsabiqə əsasında seçilərək, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilə bilər. Proqramların (layihələrin) maliyyələşdirilməsi üçün tələb olunan vəsait müvafiq icra hakimiyyəti orqanının və ya bu qanunun 4.0.10-cu maddəsində nəzərdə tutulan Gənclər Fondunun xərclər smetasına daxil edilir.
10.3. Gənclər siyasəti sahəsində proqramların (layihələrin) həyata keçirilməsi gənclər təşkilatlarına həvalə edilə bilər.