9-1.1. Gənclər təşkilatları gənclərin problemlərinin müəyyən edilməsi və həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi və s. məqsədi ilə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 16 yaşından 35 yaşınadək olan fiziki şəxslər və (və ya) bu Qanuna uyğun olaraq yaradılan gənclər təşkilatları tərəfindən təsis edilən qeyri-hökumət təşkilatlarıdır.
9-1.2. Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilir.
9-1.3. Gənclər təşkilatlarına üzvlərin qəbulu və onların üzvlüyünə xitam verilməsi, o cümlədən bu Qanunun 9-1.2-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatma ilə əlaqədar onların üzvlüyünə xitam verilməsi şərtləri və qaydası gənclər təşkilatının nizamnaməsi ilə müəyyən edilir.
9-1.4. Bu Qanunun 9-1.2-ci maddəsinin tələbləri bu Qanun qüvvəyə minənədək yaradılmış gənclər təşkilatlarının təsisçilərinə şamil edilmir.