Qanunvericilik › Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Gənclər siyasətinin məqsəd və prinsipləri

Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.1. Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial və iqtisadi problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdir.

3.2. Gənclər siyasətinin əsas prinsipləri aşağıdakılardır:

3.2.1. gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması;

3.2.2. cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, habelə idarəetmə və vətəndaş cəmiyyətinin inkişafı sahələrində gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli problemlərin həllinə səfərbər olunması;

3.2.3. gənclər siyasətinin həyata keçirilməsi zamanı qadın və kişilərin hüquq bərabərliyinə riayət edilməsi;

3.2.4. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, yaşa görə gənclərin hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasının yolverilməzliyi.

3.2.5. gənclərin maraq və ehtiyaclarının nəzərə alınması;

3.2.6. gənclər siyasətinin formalaşmasında, həyata keçirilməsində və qiymətləndirilməsində gənclərin iştirakının təmin edilməsi və rəyinin nəzərə alınması;

3.2.7. gənclərin təhsili və məşğulluğunun təmin edilməsi üçün şəraitin yaradılması.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver