Qanunvericilik › Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı

Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən gənclərə tibbi yardımın göstərilməsi, fiziki və reproduktiv sağlamlığın təmin edilməsi sahəsində tədbirlər həyata keçirilir.

7.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət təhsil müəssisələrində təhsil alan gənclərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət həmin təhsil müəssisələri tərəfindən göstərilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təhsili müəssisələrində əyani təhsil alan gənclərin təhsil müəssisələrinin vəsaiti hesabına hər il kompleks tibbi müayinədən keçirilməsini təmin edirlər.

7.3. Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

7.3-1. Gənclər arasında zərərli vərdişlərə qarşı təbliğat aparılır və sağlam həyat tərzi ilə bağlı maarifləndirmə həyata keçirilir.

7.4. Gənclərin bələdiyyə mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə qaydaları yerli özünüidarəetmə orqanları tərəfindən müəyyən edilir.

7.5. Müvafiq icra hakimiyyəti orqanları gənclər arasında ailə planlaşdırılmasına dair biliklərin artırılması, habelə narkomaniya, toksikomaniya, alkoqolizm və digər ağır xəstəliklərin profilaktikası, azaldılması və aradan qaldırılması üçün tədbirlər həyata keçirirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver