Qanunvericilik › Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Gənclərin məşğulluğunun təmin edilməsi

Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Dövlət yeni iş yerləri yaratmaq və aktiv məşğulluq tədbirlərinin təşkili yolu ilə gənclərin işlə təmin olunmasına kömək göstərir.

Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları gənclərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların haqqı ödənilən ictimai işlərə cəlb olunmasını təşkil edirlər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirmiş gənclərin uçotunu elektron qaydada aparır.

8.2. Hərbi xidmətdən tərxis olunmuş, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, həmçinin özündən asılı olmayan səbəblərə görə iş yerini itirmiş gənclərin əlavə təhsil alması və məşğulluğu ilə bağlı müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən proqramlar hazırlanır və həyata keçirilir.

Müvafiq icra hakimiyyəti orqanı gənclərin məşğulluğunun təmin edilməsi məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onların kvota üzrə işlə təmin edilməsi üçün tədbirlər görür.

8.3. Dövlət orqanları müvafiq proqram və layihələri həyata keçirməklə gənc fermer və digər sahibkarlara yardım edir.

8.4. Sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər qanunvericilikdə müəyyən olunmuş qaydada torpaq sahələri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəsaiti hesabına güzəştli kreditlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ilk növbədə təmin olunurlar.

8.5. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi və ya fiziki şəxs olan işəgötürənin vergi uçotundan çıxarılması halları istisna olmaqla, gənclərin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində əvvəlki iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində işləmiş gənclər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver