Qanunvericilik › Geodeziya və kartoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin dövlət qəbulu

Geodeziya və kartoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən geodeziya, topoqrafiya və kartoqrafiya işləri, normativ-texniki sənədlərin və şərti işarələrin tələblərinə uyğun yerinə yetirilməsini yoxlamaq məqsədilə, qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qəbuluna təqdim edilir.

Geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin qəbulu icraçı təşkilatlarla razılaşdırılmış iş planına əsasən aparılır.

Geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin dövlət qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət geodeziya və kartoqrafiya nəzarəti haqqında əsasnaməyə uyğun olaraq həyata keçirilir.

Qəbul edilmiş geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin nəticəsi olan materiallar və məlumatlar dövlət qeydiyyatına təqdim olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver