10.1. Müvafiq icra hakimiyyəti orqanı malların gömrük ekspertizasını aparan gömrük laboratoriyaları yaradır.
10.2. Müvafiq icra hakimiyyəti orqanı gömrük işi sahəsində tədqiqatların aparılması, kadrların hazırlanması və ixtisasının artırılması məqsədi ilə elmi tədqiqat və tədris müəssisələri, gömrük fəaliyyətinin həyata keçirilməsinə yardım edən digər qurumlar yarada bilər.
10.3. Müvafiq icra hakimiyyəti orqanının Aparatının, onun strukturuna daxil olan gömrük orqanlarının və tabeliyində olan qurumların əmlakı dövlət mülkiyyətidir.