175.1. Daxili tranzit xüsusi gömrük proseduru daxili malların statusunu dəyişmədən gömrük nəzarəti altında gömrük ərazisinin bir yerindən başqa yerinə (o cümlədən xarici ölkənin ərazisindən keçməklə) daşınmasıdır.
175.2. Bu Məcəllənin 175.1-ci maddəsində qeyd edilən daşınma aşağıdakılar əsasında həyata keçirilir:
175.2.1. beynəlxalq müqavilələrdə nəzərdə tutulduqda daxili tranzit xüsusi gömrük proseduru;
175.2.2. beynəlxalq gömrük tranziti üzrə beynəlxalq müqavilələr;
175.2.3. mallar Ümumdünya Poçt İttifaqının Aktları əsasında hüquqlara malik olan və öhdəliklər daşıyan subyektlər (poçt rabitəsi operatorları) tərəfindən və ya onlar üçün poçt göndərişlərinin daşınmasında vasitəçilik edən şəxslər tərəfindən daşındığı halda, bu aktlara müvafiq olaraq poçt göndərişlərinin mübadiləsi sistemi.
175.3. Malların daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.