Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 176

Maddə 176. Saxlanc xüsusi gömrük prosedurunun əhatə dairəsi

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

176.1. Xarici mallar idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilir.

176.2. Daxili mallar gömrük qanunvericiliyinə uyğun olaraq saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilə bilər.

176.3. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

176.4. Müvafiq icra hakimiyyəti orqanı gömrük anbarlarının siyahısını nəşr edir, rəsmi internet informasiya ehtiyatında yerləşdirir və məlumatların daimi yenilənməsini təmin edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver