196.1. Gömrük orqanları emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən əməliyyatların hasilat normasını və ya orta hasilat normasını müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada müəyyənləşdirirlər.
196.2. Hasilat norması və ya orta hasilat norması emal əməliyyatları zamanı aşağıdakı qaydada müəyyənləşdirilir:
196.2.1. daxildə emal zamanı həyata keçirilən və ya həyata keçirilməli olan faktiki şərait əsasında;
196.2.2. xaricdə emal zamanı texnoloji proses əsasında.