Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 2

Maddə 2. Gömrük işi və gömrük tənzimlənməsi

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

2.1. Gömrük işi – malların gömrük sərhədindən keçirilməsi, gömrük prosedurlarının tətbiqi, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, gömrük ödənişlərinin hesablanması və ödənilməsi, habelə ticarət siyasəti tədbirlərinin icrası ilə bağlı hüquqi, təşkilati və prosedur tədbirlərinin sistemidir.

2.2. Gömrük tənzimlənməsi – gömrük işi sahəsində qaydaların müəyyən edilməsi, tətbiqi, icrasına nəzarət və inzibati mexanizmlərin həyata keçirilməsidir.

2.3. Gömrük tənzimlənməsi gömrük qanunvericiliyinə və xarici ticarətin dövlət tənzimlənməsinə dair qanunvericiliyə, beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.

2.4. Müvafiq icra hakimiyyəti orqanı gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirir.

2.5. Azərbaycan Respublikası gömrük işi sahəsində qanunvericiliyinin və bu sahədə təcrübənin beynəlxalq hüququn normalarına və ümumi qəbul olunmuş beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə gömrük tənzimlənməsi sahəsində beynəlxalq əməkdaşlıqda iştirak edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver