Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 25

Maddə 25. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

25.1. Müvafiq icra hakimiyyəti orqanından ixtisas attestatı almış mütəxəssislər dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsin adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququna malikdirlər.

25.2. Bu Məcəllənin 25.1-ci maddəsində göstərilən mütəxəssislər gömrük rəsmiləşdirilməsi ilə əlaqədar əməliyyatları dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsin adından yerinə yetirdikdə, onu təmsil edən şəxs hesab olunurlar.

25.3. Dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxs gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin gömrük orqanları ilə münasibətlərindən irəli gələn vəzifələrini məhdudlaşdıra bilməz.

25.4. İxtisas attestatının verilməsi qaydalarını və gömrük rəsmiləşdirilməsi üçün mütəxəssislərin qarşısında qoyulan tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

25.5. Müvafiq icra hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin fəaliyyətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq qiymətləndirir və qiymətləndirmənin nəticələrinə əsasən ixtisas attestatının qüvvədəolma müddətini dayandırır, yaxud onu ləğv edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver