23.1. Gömrük orqanları ilə münasibətlərdə birbaşa gömrük təmsilçiliyi təmsil edilən şəxsin verdiyi etibarnamə əsasında fiziki şəxslər tərəfindən həyata keçirilir.
23.2. Etibarnamə hüquqi şəxs birbaşa təmsil edildikdə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası və həmin hüquqi şəxsin möhürü ilə, fiziki şəxs birbaşa təmsil edildikdə isə notariat qaydasında təsdiq edilir.
23.3. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı birbaşa gömrük təmsilçisi malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır.
23.4. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı gömrük bəyannaməsi və digər gömrük sənədləri gömrük təmsilçiliyini birbaşa həyata keçirən şəxs tərəfindən təmsil edilən şəxsin adından gömrük orqanına elektron formada təqdim olunur.