28.1. Malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında daşınmasını həyata keçirən hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər gömrük daşıyıcısı ola bilərlər.
28.2. Gömrük daşıyıcısı öz fəaliyyətini bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun həyata keçirir.
28.3. Gömrük daşıyıcısının malları və onlara aid sənədləri göndərənlərlə münasibətləri müqavilə əsasında qurulur.
28.4. Müvafiq icra hakimiyyəti orqanı gömrük daşıyıcılarının siyahısını nəşr edir, rəsmi internet informasiya ehtiyatında yerləşdirir və məlumatların daimi yenilənməsini təmin edir.