Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 92-1

Maddə 92-1. Gömrük baxışı

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

92-1.1. Gömrük baxışı nəqliyyat vasitəsinin və ya onun yük hissəsinin açılmadan, habelə malların qablaşdırılması pozulmadan malların və nəqliyyat vasitələrinin, plomb və digər eyniləşdirmə vasitələrinin, fiziki şəxslərə məxsus malların aşağıdakı məqsədlərlə gömrük orqanının vəzifəli şəxsi tərəfindən xarici vizual müayinəsinin həyata keçirilməsindən ibarət gömrük nəzarəti formasıdır:

92-1.1.1. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış mallara dair məlumatların yoxlanılması;

92-1.1.2. gömrük işinə dair normativ hüquqi aktların tələblərinin pozulması hallarının qarşısının alınması.

92-1.2. Gömrük baxışı gömrük nəzarəti zonalarında, malların və nəqliyyat vasitələrinin yerləşdiyi ərazi və binalarda keçirilir.

92-1.3. Gömrük baxışının səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması, gömrük sənədlərində göstərilən məlumatların eyniləşdirilməsi, nəqliyyat vasitələrində gizli saxlanc yerlərinin müəyyənləşdirilməsi və gömrük işi sahəsində hüquqpozmaların aşkarlanması məqsədilə texniki nəzarət vasitələrindən istifadə edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver