Qanunvericilik › Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Həmkarlar ittifaqlarında üzvlüyünə görə vətəndaşlar barəsində ayrı-seçkiliyin qadağan edilməsi

Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

həmkarlar ittifaqlarında üzvlük, bu Qanunda göstərilən hallar istisna olmaqla, vətəndaşların qanunvericiliklə təmin edilən əmək, sosial, iqtisadi, siyasi, şəxsi hüquqları və azadlıqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

İşçilərin işə qəbulunu, irəli çəkilməsini, habelə işdən azad edilməsini onların həmkarlar ittifaqları yaratmaq təşəbbüsləri, fəaliyyət göstərən həmkarlar ittifaqlarına daxil olmaları və ya oradan çıxmaları ilə şərtləndirmək qadağandır.

Həmkarlar ittifaqlarına daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver