Qanunvericilik › Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinə xitam verilməsi və ya fəaliyyətinin dayandırılması

Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinə onların nizamnamələrində nəzərdə tutulan qaydada xitam verilir.

Azərbaycan Respublikasının Konstitusiya quruluşunu devirmək, zorakılıqla dəyişdirmək və ya ərazi bütövlüyünü pozmaq, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etmək, habelə irqi, milli və dini ədavəti qızışdırmaq, Azərbaycan Respublikasının Konstitusiya quruluşuna zidd olan və beynəlxalq hüquqi öhdəlikləri ilə bir araya sığmayan digər əməllər törətmək məqsədi və ya fəaliyyət metodu olan həmkarlar ittifaqları təşkilatlarının yaradılmasına və fəaliyyətinə yol verilmir. Belə həmkarlar ittifaqı təşkilatının fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən xitam verilir.

Hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti hərbi vəziyyət başa çatanadək dayandırıla bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver