Qanunvericilik › Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Həmkarlar ittifaqlarının rəmzləri

Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Həmkarlar ittifaqlarının peşə, sahə və respublika birliklərinin Azərbaycan xalqının milli-etnik xüsusiyyətlərinə, Azərbaycan Respublikasının Konstitusiya quruluşuna, ərazi bütövlüyünə zidd əlamətləri olmayan rəmzi nişanları, bayraqları, üzvlük vəsiqələri ola bilər. Bu rəmzlər müvafiq həmkarlar ittifaqı birliklərinin orqanları tərəfindən qəbul edilir.

Həmkarlar ittifaqları siyasi partiyaların rəmzlərindən istifadə edə bilməzlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver