1. Hərbi qulluqçular hərbi və əlavə təhsil müəssisələrinə daxil olmaq və orada təhsil almaq hüququna malikdirlər.
2. Zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları mülki təhsil müəssisələrində müvafiq icra hakimiyyəti orqanının rəsmiləşdirilmiş icazəsi olduqda təhsil almaq hüququna malikdirlər.
5. Təhsil müəssisələrində oxuyarkən həqiqi hərbi xidmətə çağırılmış şəxslərin ehtiyata buraxılanda həqiqi hərbi xidmətə çağırılanadək oxuduqları həmin təhsil müəssisəsinə və həmin kursa bərpa olunmaq hüququ saxlanılır.