1. Hərbi qulluqçuların şəxsi toxunulmazlığına təminat verilir.
2. Hərbi qulluqçu qanunvericiliklə müəyyən edilmiş qaydada həbs edilə bilər, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələri nizamnamələrinin tələblərinə uyğun olaraq hərbi hissə komandiri (rəisi) tərəfindən intizam qaydasında həbs edilib hauptvaxtda (kəmi karserində) saxlana bilər.