13.1. Azərbaycan Respublikası ərazisinin 25 faizindən çoxunda hərbi vəziyyət elan edildikdə, hərbi vəziyyət dövründə, həmçinin hərbi vəziyyət ləğv edildikdən sonra 3 (üç) ay müddətində referendum, seçkilər və ya yerli rəy sorğusu təyin edilə və keçirilə bilməz.
13.2. Hərbi vəziyyət dövründə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasının Milli Məclisi deputatlarının, bələdiyyə üzvlərinin seçkilərinin keçirilməsi mümkün olmadıqda, onlar öz səlahiyyətlərini hərbi vəziyyət ləğv edildikdən sonra keçirilən seçkilərədək davam etdirirlər.
13.3. Hərbi vəziyyət elan olunmazdan əvvəl yerli rəy sorğusuna çıxarılmış məsələnin müzakirəsi dayandırılır və təyin edilmiş yerli rəy sorğusu hərbi vəziyyət ləğv edilənədək təxirə salınır.