17.1. Cəbhəboyu zonada, həmçinin döyüşlərin aparıldığı və hərbi vəziyyət rejimi tətbiq edilən ərazilərdə bu Qanunun 10-cu maddəsində göstərilən tədbirlər müvafiq hərbi idarəetmə orqanları tərəfindən həyata keçirilə bilər.
17.2. Cəbhəboyu zonanın (ərazinin) hüdudları və hərbi idarəetmə orqanlarının səlahiyyətləri hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə müəyyən edilir.