18.1. Cəbhəboyu zonada hərbi vəziyyət rejiminin tətbiqi ilə əlaqədar yerli əhali arasında təbliğat-izahat işləri aparılır.
18.2. Müdafiə məsələləri üzrə əlaqələndirmə şuraları hərbi idarəetmə və digər aidiyyəti dövlət orqanları ilə birlikdə yerli əhali arasında sayıqlığın artırılması və dövlət sirrinin yayılmasının qarşısının alınması məqsədi ilə zəruri tədbirləri həyata keçirirlər.
18.3. Cəbhəboyu zonada hərbi vəziyyət rejiminin pozulması barədə məlumatların müvafiq icra hakimiyyəti orqanına vaxtında çatdırılması üçün qaynar xətt əlaqəsi yaradılır.