17.1. Hesablama Palatasının üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:
17.1.1. vəzifədən azad olunmaq haqqında ərizə ilə müraciət etdikdə;
17.1.2. başqa vəzifəyə təyin edildikdə və ya seçkili orqana seçildikdə;
17.1.3. barələrində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;
17.1.4. bu qanunun 12-ci maddəsində göstərilən tələblər pozulmaqla vəzifəyə təyin edildikdə;
17.1.5. əmək qabiliyyətinin davamlı itirilməsi ilə əlaqədar fasiləsiz olaraq altı aydan çox müddətə vəzifəsini yerinə yetirə bilmədikdə və fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılması mümkün olmadıqda;
17.1.6. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa dövlət qarşısında öhdəlik götürdükdə;
17.1.7. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə qərarı ilə təsdiq edildikdə;
17.1.8. məhkəmə tərəfindən ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə;
17.1.9. bu qanunun 30.2.3-cü maddəsinə uyğun olaraq intizam məsuliyyətinə cəlb edildikdə;
17.1.10. vəfat etdikdə.
17.2. Bu qanunun 17.1.1-17.1.3-cü, 17.1.6-17.1.8-ci, 17.1.10-cu maddələrində nəzərdə tutulmuş hallarda Hesablama Palatasının üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncamı Azərbaycan Respublikası Milli Məclisinin Sədri verir.
17.3. Bu Qanunun 17.1.4, 17.1.5 və 17.1.9-cu maddələrində nəzərdə tutulmuş hallarda Hesablama Palatasının üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında qərarı Azərbaycan Respublikası Milli Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi qəbul edir.