Qanunvericilik › Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Hesablama Palatasının kollegiyası

Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Hesablama Palatasında Hesablama Palatasının üzvlərindən və Hesablama Palatası Aparatının rəhbərindən ibarət kollegiya yaradılır.

18.2. Hesablama Palatasının kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

18.3. Hesablama Palatasının kollegiyasının iclaslarında baxılan məsələlərin nəticələri kollegiya qərarları ilə rəsmiləşdirilir.

18.4. Kollegiya qərarları iclasda iştirak edən kollegiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Hesablama Palatası sədrinin səsi həlledicidir. Hesablama Palatasının üzvü səsvermə zamanı bitərəf qala bilməz.

18.5. Hesablama Palatasının kollegiyasında qəbul edilmiş qərarlar Hesablama Palatasının sədri tərəfindən imzalanır.

18.6. Hesablama Palatası sədrinin dəvəti ilə Hesablama Palatasının kollegiyasının iclaslarında kənar dövlət maliyyə nəzarəti obyektlərinin vəzifəli şəxsləri iştirak edə bilərlər.

18.7. Hesablama Palatasının kollegiyasının iclaslarında aşağıdakı məsələlərə baxılır və qərarlar qəbul edilir:

18.7.1. Hesablama Palatasının iş planlarının təsdiqi, onlara əlavə və dəyişikliklərin edilməsi;

18.7.2. Hesablama Palatasının hesabatlarının, rəylərinin və tövsiyələrinin təsdiq edilməsi;

18.7.3. Hesablama Palatasının metodiki sənədlərinin qəbul edilməsi;

18.7.4. kənar dövlət maliyyə nəzarəti tədbirlərinin proqramlarının, proqramlarına dəyişikliklərin və nəticələrinin təsdiq edilməsi;

18.7.5. kənar dövlət maliyyə nəzarətinin nəticələri üzrə qərarların qəbul edilməsi;

18.7.6. Hesablama Palatasının üzvlərinin və Naxçıvan Muxtar Respublikası üzrə qurumunun hesabatlarına baxılması;

18.7.7. Hesablama Palatasının fəaliyyət strategiyasının müəyyən edilməsi;

18.7.8. Hesablama Palatasının üzvlərinə tapşırıqların verilməsi, onların intizam məsuliyyətinə cəlb edilməsi.

18.8. Kollegiya üzvlərinin təklifləri ilə Hesablama Palatasının kollegiyasında bu qanunun 18.7-ci maddəsində göstərilən məsələlərdən başqa, digər məsələlərə baxıla və onlar barədə qərarlar qəbul edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver