Qanunvericilik › Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 32

Maddə 32. Hesablama Palatasının fəaliyyəti ilə əlaqədar qurumların və onların vəzifəli şəxslərinin məsuliyyəti

Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

32.1. Qanunvericilik, icra, məhkəmə hakimiyyəti orqanları və bələdiyyələr, dövlət qurumları, bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər Hesablama Palatasının səlahiyyətlərinin həyata keçirilməsinə kömək etməyə borcludurlar və bu qanunun 8.0.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu məqsədlə zəruri sənəd və məlumatları, habelə kommersiya, vergi, bank və sığorta sirri təşkil edən sənəd və məlumatları, fərdi məlumatları tələb olunan vaxtda və formada təqdim etməli, informasiya mənbələrinə çıxış imkanı yaratmalıdırlar.

32.2. Kənar dövlət maliyyə nəzarəti fəaliyyəti, həmçinin bu Qanuna uyğun olaraq büdcələrin layihələrinə və icrasına dair rəylərin hazırlanması ilə əlaqədar kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən Hesablama Palatasının sorğularının tələb olunan qaydada cavablandırılmamasına, Hesablama Palatasının əməkdaşlarının kənar dövlət maliyyə nəzarəti obyektlərinə daxil olmasına, kənar dövlət maliyyə nəzarəti tədbirinin aparılmasına maneçilik törədilməsinə, zəruri məlumatların və ya sənədlərin, habelə bu qanunun 8.0.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla, kommersiya, vergi, bank və sığorta sirri təşkil edən sənəd və məlumatların, fərdi məlumatların vaxtında və tələb olunan səviyyədə təqdim edilməməsinə və ya gecikdirilməsinə, yalan və ya dürüst olmayan məlumatların təqdim edilməsinə, dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası ilə bağlı hesabat və məlumatların, habelə maliyyə, mühasibat, vergi və statistik uçotu hesabatlarının vaxtında təqdim edilməməsinə, hesabatlarda informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, elektron informasiya sistemlərinə çıxış imkanlarının yaradılmamasına və ya buna maneçilik törədilməsinə, Hesablama Palatasının qərarlarının əsassız icra edilməməsinə görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

32.3. Hesablama Palatasının funksional fəaliyyətinin icrası ilə bağlı maneələr yaradıldıqda Hesablama Palatası tərəfindən bu barədə Azərbaycan Respublikasının Milli Məclisinə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver