33.1. Hesablama Palatasının fəaliyyəti üzrə xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilir.
33.2. Hesablama Palatasının fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz.
33.3. Hesablama Palatasının saxlanılması üçün ayrılan illik vəsait Hesablama Palatasının normal fəaliyyət göstərməsinə yönələn zəruri xərcləri özündə birləşdirir.
33.4. Hesablama Palatası tərəfindən Hesablama Palatasının xərclər smetasının layihəsi Azərbaycan Respublikasının Milli Məclisinə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir.
33.5. Hesablama Palatasının xərclər smetası Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən dövlət büdcəsinin layihəsinə baxılarkən ayrıca təsdiq edilir.