Qanunvericilik › Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 39

Maddə 39. Beynəlxalq əməkdaşlıq

Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

39.1. Hesablama Palatasının beynəlxalq əməkdaşlığı xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla və beynəlxalq təşkilatlarla, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və razılaşmalara əsasən həyata keçirilir.

39.2. Hesablama Palatası bu qanuna, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq, onun səlahiyyətlərinə aid edilən məsələlər üzrə xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla qarşılıqlı münasibətlərdə və beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir.

39.3. Hesablama Palatası beynəlxalq təşkilatlara üzv ola, beynəlxalq təşkilatlarla məsləhətləşmə və birgə layihələr həyata keçirə, fəaliyyətinin müxtəlif sahələri üzrə xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla əməkdaşlıq haqqında müqavilələr bağlaya bilər.

39.4. Hesablama Palatası xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla, ali audit qurumlarının beynəlxalq təşkilatları ilə birgə və paralel auditlər və təhlillər həyata keçirə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver