Qanunvericilik › Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 40

Maddə 40. Məxfilik

Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Hesablama Palatasının üzvləri, işçiləri və Hesablama Palatasının fəaliyyəti ilə əlaqədar cəlb edilən ekspert, mütəxəssis və sərbəst auditorlar xidməti məlumatları, o cümlədən qanunla qorunan dövlət, bank, kommersiya və sair sirlərə aid olan məlumatları qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, açıqlaya bilməzlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver