Qanunvericilik › Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 49

Maddə 49. Heyvanlar aləminin mühafizəsinin, artırılmasının və elmi təminatının maliyyələşdirilməsi

Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilmiş heyvanlar aləmi obyektlərinin mühafizəsi, artırılması, habelə onların yaşayış mühitinin qorunub saxlanılması və yaxşılaşdırılması dövlət büdcəsindən maliyyələşdirilir.

Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş, nəsli kəsilmək təhlükəsi qarşısında olan, habelə xüsusi qorunan nadir və qiymətli vəhşi heyvan növlərinin mühafizəsi və bərpası dövlət tərəfindən maliyyələşdirilir.

Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan heyvanlar aləmi obyektlərinin mühafizəsi və artırılması mülkiyyətçilər tərəfindən maliyyələşdirilir.

Heyvanlar aləminin elmi tədqiqatı müvafiq elmi müəssisə və təşkilatlar tərəfindən həyata keçirilir və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyələşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver