Qanunvericilik › Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Hidrometeorologiya fəaliyyətinin forma və növləri

Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasında hidrometeorologiya fəaliyyəti müşahidə və tədqiqatların aparılması, məlumatların hazırlanması və ötürülməsi formalarında həyata keçirilir.

Hidrometeorologiya fəaliyyətinin növləri aşağıdakılardır:

meteoroloji, aqrometeoroloji, aeroloji, aktinometrik və istilik balansı müşahidələri;

hidroloji, dəniz hidrometeoroloji müşahidələri və tədqiqatları;

atmosferin, səth sularının, torpaq və bitki örtüyünün çirklənməsi üzərində müşahidələr;

ozonometrik, radiometrik və meteoroloji radiolokasiya müşahidələri;

təbii mühitin fon vəziyyətinin monitorinqi;

qanunvericiliklə müəyyən edilmiş digər fəaliyyət növləri.

Hidrometeorologiya fəaliyyəti əhəmiyyətindən asılı olaraq məhdud və açıq informasiya kateqoriyasına aid müşahidə və məlumatlardan ibarətdir.

Məhdud informasiya kateqoriyasına aid müşahidə və məlumatlar müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır və hazırlanır.

Açıq informasiya kateqoriyasına aid müşahidə və məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada hidrometeorologiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir və hazırlanır.

Məhdud və açıq informasiya kateqoriyasına aid müşahidələrin aparılması, məlumatların hazırlanması və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təlimatlar əsasında həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver