Qanunvericilik › Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Hidrometeorologiya fəaliyyətinin əsas prinsipləri

Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən hidrometeorologiya fəaliyyəti aşağıdakı prinsiplərə əsaslanır:

müşahidələrin qloballığı, ardıcıllığı, kompleksliyi və fasiləsizliyi;

müşahidə və tədqiqatların aparılmasında, məlumatların toplanmasında, təhlilində, ümumiləşdirilməsində, saxlanmasında və ötürülməsində texnoloji proseslərin eyniliyi;

hidrometeorologiya fəaliyyəti üzərində dövlət nəzarətinin zəruriliyi;

hidrometeorologiya fəaliyyətinin milli və beynəlxalq hidrometeorologiya sistemləri və şəbəkəsi ilə əlaqələndirilməsi və uzlaşdırılması;

hidrometeorologiya fəaliyyətinin həyata keçirilməsində və məlumatların istifadəsində dövlətin mənafeyinin qorunmasının təmin edilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver