Azərbaycan Respublikasında müvafiq qaydada qeydiyyata alınmış, mənbəyi və keyfiyyəti barədə sertifikatları olan hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlar istifadə oluna bilər.
Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istifadəsi ödənişsiz və ödənişli olur.
Ödənişsiz məlumatlar müvafiq dövlət orqanlarına, media subyektlərinə verilir, istehsalçıların və dövlət elmi-tədqiqat və təhsil müəssisələrinin daxili tələbatını ödəmək üçün istifadə olunur.
Ödənişli məlumatlar istehlakçıların sifarişi ilə tərəflər arasında bağlanmış müqavilələr əsasında hazırlanır, ötürülür və istifadə olunur.
Ödənişsiz və ödənişli məlumatların növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
VI fəsil
Hİdrometeorologİya və təbİİ mühİtİn monİtorİnqİ üzrə məlumatların mühafİzəsİ