Hidrometeorologiya fəaliyyətinə dövlət nəzarəti aşağıdakı istiqamətlərdə həyata keçirilir:
hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki sənədlərə əməl edilməsinə nəzarət;
hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların qeydiyyatı və müşahidə şəbəkələrinin uçotu;
hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlər fondunun istifadəsi və mühafizəsi;
mülki aviasiyanın və dövlət aviasiyasının meteoroloji təminatı;
atmosfer proseslərinə fəal təsir işlərinin həyata keçirilməsi;
dövlət hidrometeorologiya şəbəkəsinin mühafizəsi.
Hidrometeorologiya fəaliyyətinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir.