Qanunvericilik › Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. Beynəlxalq əməkdaşlıq

Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının milli hidrometeorologiya sistemi beynəlxalq hidrometeorologiya şəbəkəsi ilə daimi əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının milli hidrometeorologiya sistemi qlobal və məhəlli hidrometeorologiya sistemlərinin yaradılmasında və inkişaf etdirilməsində iştirak edir, hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlar mübadiləsini aparır.

Hidrometeorologiya fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsi Azərbaycan Respublikasının beynəlxalq müqavilələri və sazişləri əsasında həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver