Qanunvericilik › Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmələr

Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə aşağıdakı işlərə ödəmələr alınır:

məlumatların seçilməsinə, surətlərinin çıxarılmasına və istifadəyə verilməsinə;

hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fondundan istifadəyə;

hidrometeoroloji müşahidə şəbəkələrinin xidmətindən istifadəyə;

qanunvericiliklə müəyyən edilmiş digər xidmət işlərinə.

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istifadəsinə görə alınmış ödəmələr sahənin inkişafına yönəldilir.

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələri və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

VI fəsil

Hİdrometeorologİya fəalİyyətİ sahəsİndə beynəlxalq əməkdaşlıq

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver