Hidrometeorologiya fəaliyyəti sahəsində hüquq münasibətlərinin obyektləri aşağıdakılardır:
Azərbaycan Respublikasının üzərindəki hava məkanı;
Azərbaycan Respublikasının ərazisində yerləşən torpaq və bitki örtüyü;
Azərbaycan Respublikasının daxili suları və Xəzər dənizinin (gölünün) akvatoriyası.
Hidrometeorologiya fəaliyyəti sahəsində hüquq münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları və istehlakçılarıdır.
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından hidrometeorologiya fəaliyyəti sahəsində hüquq münasibətlərində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər.
Bələdiyyələr hidrometeorologiya fəaliyyəti sahəsində hüquq münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər daxilində iştirak edirlər.
Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları və istehlakçıları hidrometeorologiya fəaliyyəti sahəsində hüquq münasibətlərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada sahibkarlıq fəaliyyəti göstərmək və öz ehtiyaclarını ödəmək məqsədilə iştirak edirlər.