Qanunvericilik › Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları və istehlakçıları

Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada hidrometeorologiya fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri, vətəndaşları və vətəndaşlığı olmayan şəxslər (bundan sonra hüquqi və fiziki şəxslər) hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçılarıdır.

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların sifarişçiləri və istifadəçiləri həmin məlumatların istehlakçılarıdır.

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların hazırlanması, əldə edilməsi, istifadə şərtləri, tərəflərin qarşılıqlı hüquq və vəzifələri istehsalçılar və istehlakçılar arasında bağlanmış müqavilələr əsasında müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver