Hidrometeorologiya sahəsində dövlət tənzimlənməsi aşağıdakılardan ibarətdir:
hidrometeorologiya və təbii mühitin monitorinqi sahəsində dövlət siyasətini həyata keçirmək;
hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki sənədlərə əməl edilməsinə nəzarət etmək;
hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki sənədləri, layihələri, normaları və təlimatları təsdiq etmək;
hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə elmi-texniki bazanın yaradılması, inkişafı, müşahidə və tədqiqatların aparılması, məlumatların toplanması, təhlili, saxlanması və istifadəsi üzrə milli hidrometeorologiya sistemini yaratmaq və onun fasiləsiz işini təmin etmək;
hidrometeoroloji müşahidə şəbəkələrinin uçotunu aparmaq, fəaliyyətini əlaqələndirmək və inkişaf etdirmək;
hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fondunu yaratmaq və qorunub saxlanmasını təmin etmək;
hidrometeorologiya və təbii mühitin monitorinqi sahəsində beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının mənafeyini müdafiə etmək;
hidrometeorologiya fəaliyyəti sahəsində uçot və hesabat sistemlərinin hazırlanmasını həyata keçirmək və hidrometeorologiya məlumatlarının sertifikatlaşdırılmasını təşkil etmək;
müşahidə metodlarının, hesablamaların, proqnozların vahid sistem üzrə aparılmasına, sertifikatlaşdırılmasına və metroloji təminatına nəzarət etmək.